Salyanda cüdo üzrə açıq rayon birinciliyi keçirildi — FOTOLAR

İDMAN 18 iyn 2022, 16:57
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində cüdo idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə və Narkomaniyaya qarşı Beynəlxalq mübarizə Gününə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Demokrat.az xəbər verir ki, birincilikdə ilk  öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz Hüseynov  idmançıları salamlayaraq bildirdi ki, narkotiklərin adi insanlara hansı zərərləri varsa, o zərərlər idmançılar üçün də mövcuddur.Narkomaniya bəşəriyyətin bəlasıdır.Bizim məqsədimiz idmanla məşğul olmağı gənclər arasında təbliğ etməklə onların sağlamlıqlarını qorumaqdır.Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi və Narkomaniyaya qarşı Beynəlxalq mübarizə Gününə həsr olunmuş bu yarış cüdo idman növünün daha da kütləviləşməsinə təkan verəcək , perspektivli idmançıların aşkar olunmasına kömək edəcək.

Sonra cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Əliyev çıxış edərək bildirdi  ki, yeniyetmə  və gənclərin  narkomaniyaya qarşı məlumatlandırılaraq maarifləndirilməsi günümüzün  ən  aktual ictimai və sosial  məsələlərindən biri  hesab  edilir.Belə yarışların keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm rolu vardır.

Sonra açıq  rayon birinciliyinə start verildi.Açıq rayon birinciliyini Respublika dərəcəli hakim Vüsal Əliyev idarə edirdi.Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin yekununda komanda hesabında I yeri Salyan , II yeri Şirvan , III yeri isə Lənkəran komandaları qazanmışdır. 

Sonda  I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin  diplomları və  medalları ilə  təltif olundular.




Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top