“Rusiya heç kəsi nüvə silahı ilə hədələmir, amma..."

GÜNDƏM 17 iyn 2022, 21:25
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya dünyanı nüvə silahı ilə təhdid etmir, lakin “suverenliyə təhlükə yaranarsa” ondan istifadə etməyə hazırdır.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki  , o, bunu Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı bildirib. .

" Bir məsuliyyətsiz siyasətçi nəyisə dilə gətirir, sonra digəri, çox yüksək səviyyədə, Xarici İşlər Nazirliyi səviyyəsində bu barədə nə isə deyir. Amma biz nə, susacağıq? Ona görə cavab veririk. Cavab verən kimi bizdən yapışıb deyirlər: Baxın, Rusiya hədələyir. Biz heç nə ilə hədələmirik, amma hamı bilməlidir ki, bizim nəyimiz var, suverenliyimizi qorumaq üçün lazım gələrsə nədən istifadə edəcəyik”, - deyə Putin nüvə müharibəsi təhlükəsi ilə bağlı sualı cavablandırarkən deyib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top