Natiq Məmmədli: “Biz bu gün rəqəmsal faşizmlə mübarizə aparırıq”

MEDİA 17 iyn 2022, 14:05
“Bizim Türkiyə ilə strateji planlamalarımız var”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

Şöbə müdiri bildirib ki, media sahəsindəki hədəflər dəqiq və aydındır:

“Anadoludan bütün dünyaya ədalət. əxlaq, kültür gedib. İnşallah, Anadoludan Qarabağa barış, sevgi gələcəkdir. Türkiyə-Azərbaycan media təmsilçiləri arasında mühüm əlaqələr mövcuddur. 44 günlük Vətən müharibəsindən bizim Türkiyə jurnalistlərinə təşəkkürümüz var. Sağ olun, var olun, yorulmayasınız. Haqq işimizin dünyaya çatdırılmasında sizin əməyiniz bənzərsizdir.

Bizim hədəflərimiz bütün türk dünyası üçün dəqiq və aydındır. Bu gün digital faşizmlə üz-üzəyik. Biz bu gün rəqəmsal faşizmlə mübarizə aparırıq. Azərbaycanın, türk dünyasının daxilinə yönəlik müxtəlif propoqanda məhsulları yönləndirilir. 44 günlük müharibədən önəmli dərslər çıxardıq.

Düşünürük ki, dünya səsimizi eşidir, ancaq səsi dərk edib qavrayırmı, onların ədalətinə qalıbdır. Bizim Türkiyə ilə strateji planlamalarımız var. Buna uyğun şəkildə konkret addımlar atacağıq. İri informasiya agentliklərimizlə anlaşma memorandumu imzalanıb”. (news24.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top