AKİA ilə Mediasiya Şurası birgə əməkdaşlıq haqqında razılaşma imzaladı — FOTO

SOSİAL 16 iyn 2022, 23:05
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalandı.

Demokrat.az bildirir ki, tədbirdə çıxış edən AKİA-nın sədri Seymur Mövlayev və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qurumlar arasında imzalanan sənədin əhəmiyyətini vurğuladılar.

Qeyd olundu ki, bu razılaşmaya əsasən tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan, uzunmüddətli və effektiv əlaqələrin qurulması, inkişafına dair fəaliyyətlərin koordinasiyası barədə razılığa gəlirlər.

İki qurum arasında əməkdaşlıq məqsədi ilə imzalanan müqaviləyə əsasən agentliyin fəaliyyət istiqamətləri üzrə tərəfdaşlar arasında yaranmış mübahisələrin uğurlu həllinə və nəticə yönümlü olmasına, potensial mübahisə tərəflərinin maarifləndirilməsi məqsədilə davamlı birgə layihələrin reallaşdırılması həyata keçiriləcək.

Həmçinin bu əməkdaşlıq mübahisələrin mediasiya yolu ilə həllinin təşviq edilməsinə, cəmiyyət üçün aktual olan məsələlərin birgə həll edilməsi ilə bağlı korporativ sosial məsuliyyət, habelə digər layihələrin həyata keçirilməsinə şərait yaradacaq.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top