Politoloq: “Ermənistandan süpriz açıqlamalar və hərəkətlər istisna deyil”

GÜNDƏM 16 iyn 2022, 13:32
Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komissiyası Qarabağla əlaqədar deyil. Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında biri delimitasiya üzrə olmaqla müxtəlif formatda ünsiyyət var. 

Paşinyanın zaman-zaman bir-birinə zidd açıqlamalarla gündəmə gəlməsini Demokrat.az-a dəyərləndirən politoloq Fuad Abbasov bildirib ki, Nikol Paşinyan birinci növbədə bu və ya digər kanallar vasitəsilə öz daxili auditoriyasına, Ermənistan əhalisinə xitab edir:

“Bugünkü gündə biz bilirik ki, Ermənistanın sabiq prezidentləri Nikol Paşinyanı devirmək üçün fəaliyyətə keçiblər. Müxalif göstərişlər, mitinqlər və hərəkatlara başlayıblar. Paşinyan üçün belə bir təhlükəli məqamda o, “Əl-Cəzirə”, “CNN” və digər kanallarla bütün vasitələrdən istifadə edərək Qarabağın status məsələsini gündəmə gətirir.



Eləcə də Azərbaycanla, yaxud da Türkiyə ilə sülh müqaviləsinin mümkün olmadığını dilə gətirir. Amma, biz görürük ki, müxtəlif beynəlxalq görüşlərdə hansı ki, dövlət liderlərinin iştirakı ilə keçirilir Paşinyan tamamilə fərqli nöqteyi-nəzər sərgiləyir. Bununla da, demək olar ki, 10 noyabr 2020-ci il sazişində müqavilədə göstərilmiş məqamlara riayət edir. Amma, əlbəttə ki, Rusiya faktorunu yaddan çıxarmaq olmaz. Hər kəs bilir ki, həm Yerevandakı mitinqlər, həm də onların rəhbərləri Koçaryan və Sarkisyan Moskvadan yönəldilir. Bütün bunların hamısı Paşinyana bir xəbərdarlıq kimidir. Əgər hakimiyyətini, iqtidarını, baş nazirliyini qorumaq istəyirsənsə, Rusiyanın tabeçiliyində olacaqsan və Rusiyanın dediyini edəcəksən. Onun üçün də əlbəttə ki, Ermənistandan süpriz açıqlamalar heç də istisna deyil. Hətta, süpriz hərəkətlər də istisna deyil. Onun üçün də mən bunları normal qarşılayıram”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top