Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak etdi — FOTOLAR

GÜNDƏM 16 iyn 2022, 12:42
Cari ilin 13-15 iyun tarixlərində Moskva şəhərində "Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Proqramı"nın 2-ci bəndinin icrası ilə əlaqədar "Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə, habelə İnternetdə qadağan olunmuş məlumatların, o cümlədən ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə" adlı seminar keçirilmişdir.

Seminarda Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ramil Ədilov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənovdan ibarət nümayəndə heyəti iştirak etmişdir.

Seminar zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlər, qadağan olunmuş, ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə və digər mövzular ətrafında müzakirələr aparılmış, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılmışdır.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top