Ukraynada müharibə qurbanı olan uşaqların sayı açıqlandı

REGİON 16 iyn 2022, 13:55
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 318 uşaq ölüb, 581 uşaq isə yaralanıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, ən çox uşaq Donetsk (297 ), Kiyev (116 nəfər), Xarkov (170), Çerniqov (68), Luqansk (53), Xerson (52), Nikolayev (48), Zaporojye (30), Sumı (17) vilayətlərində xəsarət alıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2000 təhsil müəssisəsinə ziyan dəyib, 208-i isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top