Paşinyan: “Koçaryan və Sarkisyan Qarabağın Azərbaycanın tərkibində olduğunu etiraf etmişdi”

REGİON 15 iyn 2022, 16:18
“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri-red. ) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.

O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk Qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.

Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı öz əksini tapmışdı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top