Deputat: “Şuşa Bəyannaməsi müstəqilliyimizin əbədiliyinə yazılmış rəsmi vəsiqə oldu”

GÜNDƏM 14 iyn 2022, 12:45
“44 günlük Vətən müharibəsinin ilk günündə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə hər cürə dəstəklə Azərbaycanın yanında olduğunu bəyan etməsi, haqq işimizə müdaxilə etmək istəyən qara qüvvələri öz bəd niyyətlərdən daşındırdı və işimizi sona qədər icra etməyimizə imkan yaratdı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib. Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi xalqımız üçün müstəsna əhəmiyyət daşıyan əlamatdar tarixi bir gündə imzalanıb:

“Bildiyimiz kimi, 15 iyunda qoyulmuş dövlətçiliyimizin möhkəm təməlləri üzərində qurulan müstəqil Azərbaycan dövləti bu illər ərzində inkişaf edərək güclənmiş və 30 ildən sonra ərazisi bütövlüyünü bərpa edərək sözün əsl mənasında müstəqil dövlətə çevrilmiş oldu. Bu əlamətdar tarixdə azad Şuşada iki dövlət başçımızın imzaladığı sənəd dövlət müstəqilliyimizin əbədi olmasına yazılmış rəsmi vəsiqə oldu. Şuşa Bəyannaməsində rəsmi şəkildə təsdiq olunmuş ölkələrimiz arasındakı müttəfiqlik münasibətləri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təlükəsizliyi, nəqliyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir”.



Millət vəkili əlavə edib ki, Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsində döyüş meydanında yaratdığımız yeni reallığın həyata keçirilməsi üçün yeni imkanlar açır:

“Regionda əməkdaşlığın genişləndirilməsi, xalqların inteqrasiyası və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məsələlərində birgə iştirakımız nəzərdə tutulur. Şuşa Bəyannaməsinin imzalanamasından keçən bir il ərzində bu əməkdaşlığımız və dəstəyimizi bütün dünyaya bir daha nümayiş etdirə bilmişik. Xalqlarımız və dövlətlərimiz üçün əlamətdar günlərdə prezidentlərimizin qarşılıqılı səfərlərin intensivləşməsi, ordumuzun təkmilləşdirilməsində Türkiyənin iştirakı müstəsnadır. İşğaldan azad olunmuş ərazilərdə icra olunan böyük layihələrin ərsəyə gəlməsində türk şirkətlərin böyük rolu olmuşdur. 8 ayda inşa olunan və açılışı prezidentlər tərəfindən həyata keçirilən Füzuli Beynəlxalq Hava Limanı, Türkiyədə Rize-Artvin Hava Limanı, yaratdığımız yeni reallığın həyata keçirilməsi üçün Türkiyənin bütün beynəlxalq platformlarada verdiyi dəstəkdən xəbər verir”.

“ Şuşa Bəyannaməsi əcdadlarımızın miras qoyduğu müdrik təcrübəni qoruyub saxlayaraq xalqlarımızn böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət , iki dövlətdir” kəlamlarını öznüdə əks etdirməsi xalqlarımızn bir-birimizə necə bağlı və əziz olduğunun rəsmi şəkildə bəyan olunmasıdır. Bəli, tarix bizi yenə sınaqlarla qrşılaşdıracaqdır. Bu, bütün tarixi dövrlərdə mövcud olmuş və bundan sonra da olacaqdır. Amma bundan sonra bütün məsələlərdə dünya Azərbaycan -Türkiyə monolitliyi əsasında yaranmış yeni bir güc görürük. Birliyimiz ümumi gücümüzü və nüfuzumuzu artırır. Müttəfiqliyimiz lazım gələn anda heç nəyi düşünmədən bir-birimizin yanımızda olmağımza imkan yaradır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top