Paşinyan Lavrovu təkzib etdi, Azərbaycanı haqlı saydı

REGİON 14 iyn 2022, 11:58
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib.

O, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır.

“Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib.

O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə İrəvandan səfərdə olarkən bildirmişdi ki, Qarabağdakı Fərrux kəndi ətrafında yaranmış gərgin vəziyyət Azərbaycanla Ermənistan arasında delimitasiya müzakirələri zamanı həllini tapacaq. Azərbaycan tərəfi isə bu mövqeyə etirazını bildirərək ölkənin sərhədləri içərisində hər hansı delimitasiyanın absurd və yolderilməz olduğunu bəyan etmişdi. Paşinyan bu açıqlaması ilə Lavrovun iddiasını təkzib etmiş olur.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top