Rəsul Quliyev: “Bu çıxışın məzmunu çıxış edənin psixi xəstə olduğuna dəlalət edir”

GÜNDƏM 10 iyn 2022, 10:40
Bu gün Rus İmperatoru I Pyotrun anadan olmasının 350 illiyidir. Yubiley münasibətilə Rusiyanın bu günkü “padşahı” Putin kiçik bir auditoriyada xüsusi seçilmiş gənclər qarşısında çıxış edib. 

Demokrat.az xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

"Bu çıxışın məzmunu çıxış edənin 100 faiz adekvat olmadığına, psixi xəstə olduğuna dəlalət edir. Putin həmişə olduğu kimi (məsələn 2-ci dünya müharibəsi) 1700-1721-ci illər arasında Rusiyasının İsveçlər üzərində qələbəsini özəlləşdirir, bu müharibədə koalisiyanın (Norveç, Danimarka və bir neçə başqa ölkənin) olduğunu heç dilinə belə gətirmir. Əksinə sırtıq təbəssümü ilə Rusiyanın bu müharibədə öz torpaqlarını (yəni İsveçin rus torpağı olduğunu) geri qaytardı kimi qeyd edir.

Birincisi bu müharibə nəticəsində Rusiyaya Baltik dənizinə çıxmağa icazə verilib, yəni heç bir İsveç torpağı işğal olunmayıb.

İkincisi Rusiya ilə koalisiyada olan ölkələrin uduşu daha çoxdur.

Bu çıxışın müəllifinə ancaq bir ad vermək olar ağıldan kəm, əbləh! 

Çıxışın ikinci hissəsi daha absurddur. O  “I Pyotrun rus torpaqlarlarını geri (yəni İsveçi)  qaytardı, indi bu işi görmək mənim boynuma düşür” kimi fikirləri ilə sözün əsl mənasında öz xislətini ortaya qoymuş oldu. Bu təhlükəli dəli insandan qorxmaq lazımdır. 

Müasir hərbi elm və qərb silahları ilə təchiz olunmuş Ukrayna ordusu Rus ordusuna divan tutur, ancaq bu adam hələ də Ukraynanı tutacağından sayaqlayır, bu işğalını tamamladıqdan sonra Litvanı işğal edəcəyinin amonsunu edir. Allah üzümüzə baxıb ki, Rusiya Azərbaycanı I Pyotrun vaxtında işğal etməyib…

Bu xəstə adam kəndləri, şəhərləri raketlər, təyyarələrlə xarabaya çevirir. Donbası öz torpaqları hesab edir, buna baxmayaraq hər yeri darmadağın edib. Bu əsl işğalçılıq siyasətidir. Hansı ki, dünyanın susqun duruşu və bu psixapata qarşı ən sərt tədbirlərə əl atmaması olduqca həyacan vericidir. Düşünürəm ki, belə bir xəstə adamdan ehtiyat etmək mütləqdir. 

Bu gün bu işğalçılıq siyasəti qarşısında Türk dövlətləri hərbi sazişinin bağlanması çox aktuallaşıb. Bu gücü bu ağıldan kəmə göstərmək lazımdır. Bəlkə o zaman anladı…", deyə Rəsul Quliyev bildirib.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top