Ölkəmizdə 12 mindən artıq Vətən müharibəsi qazisi var

GÜNDƏM 09 iyn 2022, 17:52
Azərbaycanda 12721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var.

Demokrat.az  xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Mustafa Abbasbəyli qeyd edib ki, bu il ərzində isə 16700 nəfərin özünüməşğullq proqramına cəlb olunması nəzərdə tutlur.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top