Mühasirədə qalan vətəndaşlarımızla bağlı RƏSMİ AÇIQLAMA

XARİCİ SİYASƏT 09 iyn 2022, 14:33
Xəbər verdiyimiz kimi, Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə azərbaycanlılar da var. Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib. 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Demokrat.az-a bildirib ki, hazırda bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır:

“Qeyd etmək istərdik ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan Respublikası vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olmuşdur.



Ukraynadakı Səfirliyimiz heyətlə əlaqə saxlamış, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılmışdır. Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönmüşlər. Digər gəmidə qalan vətəndaşlarımız barədə səfirliyimizə hələ ki, məlumat daxil olmamışdır. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top