Balakəndə ağır qəza: Sürücü öldü

HADİSƏ 08 iyn 2022, 22:06
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində - Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.

1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib.

Bundan sonra o, maşını yolun kənarındakı ağaca çırpıb.

Hadisənin ardından maşın yolun kənarındakı çökəkliyə aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına (MRX) aparılıb.

Həkimlərin səyinə baxmayaraq Kərim Qaracayev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top