Çörəyi ondan ucuz satan çörəkçini güllələdi — FOTOLAR

REGİON 08 iyn 2022, 20:42
Türkiyədə qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində məhsulunu 4 lirəyə satan çörəkçi yaxınlıqda çörəyi daha ucuz satan şəxsi güllələyib.

Belə ki, qarşı tərəfdə çörək 2,25 lirəyə satıldığına görə, çörəkçi öz qonşu dükanına ov tüfəngi ilə atəş açıb.

Çörəyi ucuz satan çörəkçi məhsulu ucuz satdığına görə, qonşu çörəkçi tərəfindən dəfələrlə təhdid olunduğunu deyir.

O, əlavə edib ki, çörəyi ucuz satmaqda məqsədi həmişə xalqın yanında olmasıdır.

Qeyd edək ki, odlu silahdan istifadə edən çörəkçi artıq tutulub və barəsində araşdırma aparılır.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top