Bakıda qanunsuz parkinq yaradılmış ərazidə səki tam bərpa edildi — FOTOLAR

SOSİAL 08 iyn 2022, 11:58
Bakının mərkəzində yaradılan qanunsuz parkinqin sökülmə işləri başa çatıb.

Demokrat.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib.

Həmin ərazidə yenidən ağac əkiləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmışdı.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top