Rusiyanın Ukraynadakı müharibədə itkiləri — YENİ SİYAHI

REGİON 06 iyn 2022, 14:21
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31250 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1386 tankı, 3340 zirehli döyüş maşını, 690 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 96 HHM sistemi, 211 təyyarəsi, 176 helikopteri, 2 395 avtomobil texnikası, 13 gəmisi, 551 kəşfiyyat PUA-sı, 53 xüsusi texnikası, 125 qanadlı raketi məhv edilib.



Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top