Abşeronda avtomobil aşdı, xəsarət alan var

HADİSƏ 05 iyn 2022, 22:28
Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Masazır – Novxanı şosesində, Duz gölünün yaxınlığında baş verib.

Belə ki, Bəhruz Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə sağ zolaqda olarkən solda hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Qəza zamanı “Opel” aşaraq Duz gölünün mühafizə çəpərinə çırpılıb.

Qəza zamanı “Opel”də olan sərnişin xəsarət alıb.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top