Məktəblilərin qəzaya düşməsinə dair daha bir məlumat yayıldı

GÜNDƏM 05 iyn 2022, 21:56
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

Məlumat İdarənin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik”, – deyə məlumatda bildirilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top