Ağır qəza ilə bağlı növbəti MƏLUMAT

GÜNDƏM 05 iyn 2022, 19:37
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən  bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top