Bayden: "Ukrayna müstəqil ölkə kimi müstəqil qərar verəcək"

GÜNDƏM 03 iyn 2022, 21:58
ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya Federasiyasına güzəştlə bağlı hərəkətlərinə təsir göstərməyəcək.

Demokrat.az
UNİAN-a istinadən bildirir ki, bu barədə o, keçirdiyi brifinqdə deyib.

"Bu, onların ərazisidir və mən onlara nə etməli olduqlarını deməyəcəm".

Amerika lideri əlavə edib ki, ABŞ Ukraynanın hərbi potensialını müasir silahlarla gücləndirməkdə davam edəcək. Eyni zamanda o, Ukraynadakı münaqişənin gec-tez danışıqlar masası arxasında bitəcəyinə ümid etdiyini bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top