YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarının fəalları ilə görüş keçirildi — FOTOLAR

GÜNDƏM 03 iyn 2022, 16:31
İyunun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının general Əliağa Şıxlinski küçəsi 59, Fəzail Bayramov küçəsi 10 və Rahib Məmmədov küçəsi 13a ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında fəallarla görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlardan  geniş bəhs edib: “Azərbaycan hazırda inkişaf modeli ilə dünyanın diqqətindədir. Möhkəm təməl uğurların davamlılığında  əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır. Artıq iki ilə yaxındır ki, tarixi Zəfərimizin, işğaldan azad edilmiş  ərazilərimizdə  həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sevincini yaşayırıq. Azərbaycan xalqı  bu şanlı Qələbə ilə bir daha  məğrurluğunu, yenilməzliyini dünyaya nümayiş etdirdi. Bu Zəfər, eyni zamanda, Azərbaycan xalqının torpaq, Vətən sevgisinin nümayişi oldu. Azərbaycan gəncliyi  “Vətəndən pay olmaz” deyib dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrinə yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə  cavab verərək  silaha sarıldı və 44 gündə 30 ilin işğalına son qoyaraq  tarix yazdı.  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli  Azərbaycan Ordusuna minnətdarlığımızı  bildirir,  qanları, canları ilə  tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.”

Vüqar Rəhimzadə  tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Azərbaycanın qarşısında yaranan yeni üfüqlərdən bəhs edib.  Bildirib ki, Azərbaycan qalib ölkə kimi regionda və dünyada cərəyan edən proseslərin mərkəzində dayanaraq,  sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.

YAP Xətai rayon təşkilatının sədri Azəbaycanın uğurlarında ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan,  nəinki ölkəmizin, Cənubi Qafqazın  aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının uğurlarımızda rolundan danışıb:  “YAP dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq,  milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hərtərəfli inkişafı və müdafiəsini təmin etmək məqsədilə yaradılan partiyadır.  Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda sıralarında 800 minə yaxın  üzvü birləşdirən YAP partiyanın Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə  daha da inkişaf edərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Partiyanın  fəaliyyətində  dövlətə, xalqa xidmətin əsas prinsip kimi qəbul olunması bu siyasi qüvvənin atdığı hər addımında, irəli sürdüyü təşəbbüslərində və qəbul etdiyi qərarlarında özünü nümayiş etdirir.”

 V.Rəhimzadə xatırladıb ki, ötən ilin martında tarixi Zəfərimizin reallıqları fonunda YAP-ın VII qurultayı keçirildi: “Qurultayda  qarşıya yeni vəzifələr qoyuldu. Yeni qəbul olunan Nizamnamə  və  təsdiqlənən Proqram  yeni qərarların icrasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının digər rayon təşkilatları kimi, YAP Xətai rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə səy göstərir.  Hədəflərə  vaxtında və yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsi,  bütün qüvvə və bacarıqların səfərbər edilməsi mütləqdir.  Sıralarında 18 minə yaxın üzvü birləşdirən YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları qarşıda dayanan vəzifələrin icrasında fəallıq nümayiş etdirirlər.»  

Görüşlərdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi, bir qrup fəala isə rayon təşkilatının  həyatında fəal iştirakına görə Fəxri fərmanlar təqdim olunub.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top