ABŞ-dan onlara SANKSİYA : Siyahıda Zaxarova və Qod Nisanov da var

GÜNDƏM 02 iyn 2022, 19:44
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Demokrat.az TASS-a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Tikinti Nazirliyinin rəhbəri İrek Fayzullin, baş nazirin müavini və hökumət aparatının rəhbəri Dmitri Qriqorenko, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, nazirliyin rəhbəri Nəqliyyat naziri Vitali Savelyev, həmçinin violonçel ifaçısı, Rusiya Federasiyasının xalq artisti Sergey Rolduqin və həyat yoldaşı Yelena Mirtova sanksiyalara məruz qalıb. 

Bundan başqa, "Severstal" sənaye korporasiyası, həmçinin daha 15 hüquqi şəxs qara siyahıya salınıb. 
Eyni zamanda sanksiya rusiyalılara məxsus 7 yaxta və 3 təyyarəni də əhatə edir. 

Qeyd edək ki, sanksiyalara məruz qalanların sırasında Azərbaycan əsilli iş adamı Qod Nisanov da var.

 


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top