14 yaşlı oğlan timsahdan necə xilas oldu?

MARAQLI 02 iyn 2022, 19:59
Hindistanda qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Kani çayında dostları ilə çimən Om Prakaş Şaho adlı oğlan qəfildən timsah hücumuna məruq qalıb.

Timsah 14 yaşlı oğlanı tutaraq çayın içərilərinə doğru çəkib. Dostları isə əllərindən bir şey gəlmədiyi halda olayı izləməklə kifayətləniblər.

10 dəqiqə sonra isə gözlənilmədən oğlan suyun üzərinə çıxıb və xilas olmağı bacarıb.

Om Prakaş Şaho dərhal xəstəxanaya yerləşdirilib. O, həkimlərə timsahın başına və gözlərinə davamlı olaraq vurduğunu və bunun nəticəsində timsahın onu buraxdığını deyib.

Qeyd edək ki, Kani çayında çox sayda timsahlar üzür. Mütəxəssislər də diqqətli olmağı və hər kəsin Om kimi şanslı ola bilməyəcəyini vurğulayıblar.

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top