Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirildi

GÜNDƏM 02 iyn 2022, 16:44
Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

Sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top