“Formula 1” üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq

İDMAN 02 iyn 2022, 18:28
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində canlı yayımlanacaq.

"İdman TV"nin direktoru Rövşən Binnətlinin "Report"a verdiyi məlumata görə, Bakıdakı yarış sözügedən kanalda ekranlara gətirəcək. 

Direktor növbəti mərhələlərin də canlı yayımlanacağını söyləyib. Yeni mövsümün ilk Qran-priləri canlı göstərilməyib.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top