İrəvanda müxalifət prezident iqamətgahını mühasirəyə aldı — VİDEO

REGİON 25 may 2022, 13:52
 Bu saatlarda İrəvanda Baqramyan prospekti  26-da müxalifət etirazlarını davam etdirir. 

Onlar indi Baqramyan 26 ünvanındadır və prezident iqamətgahını bağlayırlar. Orada azırda hmüxalifətçi deputatlar, siyasətçilər də var. Çoxlu sayda polis qüvvələri xüsussəndə  qırmızı beretlər, müxalifətçi etirazçıları  mühasirəyə alıb. 

“Biz mühasirəyə yox, bu dövlət strukturunu müdafiə etməyə, onu erməni xalqına xidmət etməyə məcbur etməyə gəlmişik”, - deyə Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan müxalifətin aksiyası zamanı bildirib. Parlametin  vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan aksiyada çıxış edərək bildirib, “Əziz həmvətənlər, iki hissəyə ayrılmalıyıq,  biri qrupumuz yolları bağlı saxlayıb o biri isə girişi bağlamağa hazırlaşmalıdır. Məqsədimiz odur ki, prezident binasına heç bir işçi girməsin. 

Prezident sarayını ələ keçirməyimiz vacibdir. Bu Prezident  Ermənistan Respublikasının Prezidenti deyil, o yalnız “Vətəndaş Müqaviləsi”-nin bu binadakı nümayəndəsidir”. Deyə sağatelyan aksiya iştirakçılarını Prezident igamətgahını bu gün nəyin bahasına olursa olsun ələ keçirməyə çağrış edib. 



Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top