Anjey Kaspşik uzun fasilədən sonra İrəvanda peyda oldu

REGİON 24 may 2022, 13:50
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik uzun fasilədən sonra İrəvanda peyda olub, bu ölkənin rəsmiləri ilə müxtəlif mövzuları, o cümlədən kommunikasiya xətlərinin açılmasını müzakirə edib.

Bu Kaspşikin kommunikasiya xətlərinin açılmasına nə aidiyyatı var? Bu işlə Avropa İttifaqı və Rusiya məşğuldur, ATƏT məsələdən kənardadır.

Minsk Qrupu yoxdursa, həmsədrlər İkinci Qarabağ müharibəsindən sonra və Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda birgə fəaliyyətin mənasız olduğunu anlayırlarsa  ATƏT adından istifadə edən polşalı diplomat Kaspşikin yeganə məqsədi aldığı yüksək maaşdan məhrum olmamaqdır.

Elxan Şahinoğlu
Politoloq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top