Ukraynanın niyə “Harpun” gəmi əleyhinə raketlərə ehtiyacı var?

GÜNDƏM 23 may 2022, 22:53
Danimarka Ukraynaya “Harpun” gəmi əleyhinə raketləri və buraxılış qurğularını ötürməyi planlaşdırır.

Demokrat.az bildirir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, Ukraynanın işğal olunmuş əraziləri qorumaq və azad etmək üçün “Harpun” gəmi əleyhinə raketlərə ehtiyacı var.

"Danimarka Ukraynaya "Harpun" gəmi əleyhinə raketləri və buraxılış qurğularını təhvil verməyi planlaşdırır. Biz bir sıra başqa ölkələrdən də əlavə silahlar alacağıq. Bu, bizim ərazilərimizin qorunması və azad edilməsi üçün  həqiqətən lazımdır", - Yermak vurğulayıb.

Qeyd edək ki,  ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, bu gün, mayın 23-də Ramstein-2 formatında keçirilən görüşdən sonra ölkələr Ukraynaya “Harpun” gəmi əleyhinə raketlər , raket sistemləri, tanklar və döyüş sursatları verəcəklərini öhdələrinə götürüblər.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top