BNA deputata məxsus avtomobili cərimələyib?

GÜNDƏM 16 may 2022, 10:01
“Minlərlə insan Bakı Marafonuna qatılmaq üçün Bayraq meydanına gəlmişdi. Ərazidəki maşın dayanacağı məhdud sayda avtomobil qəbul etdiyi üçün marafon iştirakçıları avtomobillərini yol kənarında park etməyə məcbur idilər. Yol kənarı park edilən avtomobillərin sayı bəlkə də 200-dən artıq idi. Bu cür tədbirlərdə düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi güzəştə getməlidir, ucdantutma hər kəsə cərimə yazmaq olmaz!”

Demokrat.az xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov bildirib.

“Nəzərə almaq lazımdır ki, ərazidə hərəkət məhdudlaşdırılmışdı və insanlar marafona qatılmaq üçün çıxılmaz vəziyyətdə qalaraq avtomobillərini yol kənarında saxlamalı olublar” – M.Cəfərov qeyd edib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top