Baş redaktor: “Həm onlayn, həm də çap mediası dövlətin diqqət mərkəzindədir”

MEDİA 13 may 2022, 15:00
“Kağız və çap məhsullarının ƏDV-dən azad edilməsi mühüm addımdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli deyib. 

Baş redaktor bildirib ki, bu, qəzet çapına da əlavə stimul verəcək:

“Məsələni zaman-zaman qəzet baş redaktorları gündəmə gətirirdilər. Çünki hazırki dövrdə qəzeti yaşatmaq çox çətindir, dövlət bu işdə maraqlı olmalıdır. Atılan addımlardan da görünür ki, dövlət dəstəyini əsirgəmir, təkliflər nəzərə alınır, problemlər aradan qaldırılır”. 

İ.Pirəli qeyd edib ki, ümumilikdə media sahəsində çox ciddi addımlar atılır, islahatlar həyata keçirilir, şəffaflıq təmin edilir:

“Xatırlayırsınızsa, ötən ilin yanvarında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanın icrası uğurla həyata keçirilir, bu müddət ərzində yenilikləri hər kəs görür. Həm onlayn media, həm də çap mediası dövlətin diqqət mərkəzindədir. Düşünürəm, müsbət addımlar davam etdiriləcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top