Tahir Əmiraslanovun yerinə Orxan Fikrətoğlu təyin olundu

SOSİAL 12 may 2022, 18:39
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.
 
Modern.az xəbər verir ki, bu vəzifəyə tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib: 
 
"Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur". 
 
Tahir Əmiraslanov isə Modern.az-a açıqlamasında bildirib ki, mərkəz barəsində danışmaq istəmir:
 
"Bu qurum Dövlət Turizm Agentliyinə tabedir. Onlar kimi çıxarıb, kimi vəzifəyə təyin ediblər - özlərindən soruşun. Mən 31 il orada rəhbər idim. Bu məsələ ilə bağlı adımın hallanmasını, şərh verməyi istəmirəm".

Tahir Əmiraslanov özünün rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyasında fəaliyyətinə davam edəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top