Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? — AÇIQLAMA

GÜNDƏM 12 may 2022, 17:49
Dünyanın 50-dən çox ölkəsində koronavirsa yoluxma yenidən artır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib. ÜST rəhbəri deyib ki, "omikron" variantının BA.2 alt növü qlobal miqyasda dominantdır. Xəstəliklərin əsas artımı da alt növlərdədir. Qebreyesusun sözlərinə görə, hazırda dünyada yoluxma və ölüm səviyyəsi pandemiyanın əvvəlki dalğaları ilə müqayisədə yüksək immuniteti və peyvəndlə əlaqədar nisbətən aşağıdır. O, xəbərdarlıq edib ki, vəziyyət üçün ən pis ssenarilərdən biri koronavirusun immunitetin təsirindən qaça, daha asan yayıla və daha çox ölümə səbəb ola bilən variantının ortaya çıxması olacaq.

Məsələ ilə bağlı TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Süleyman Kamilov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə koronavirusa yoluxma ilə bağlı vəziyyət tam nisbi sakitlikdir. İnfeksionist bildirib ki, yoluxma sayları minimaldır və günlük olaraq ölüm halları müşahidə edilmir”. 



S.Kamilov vurğulayıb ki, ölkəmizdə gedən uğurlu vaksinasiya prosesi və karantin rejimləri stabilliyi qoruyub saxlayıb:

“Lakin vətəndaşlarımız son dərəcə diqqətli olmalıdırlar. Xüsusən səyahət etdikləri zaman diqqətli olsunlar.Pandemiyanın davam etdiyi, yoluxma sayının artdığı yerlərə səyahət etməmələri tövsiyə olunur. Əgər səyahət edərlərsə, o zaman diqqətli olsunlar.Həmin ölkələrdən gələnlər özlərində yuxarı-aşağı tənəffüs yollarının xəstəliklərinin klinik əlamətləri olduqda dərhal xəstəxanaya müraciət etsinlər. Ümumiyyətlə, vətəndaşlarımız əvvəlki qaydada özlərini xəstə hesab etdikdə maskadan istifadə etsinlər və vaksinasiya olunsunlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top