Deputat: “Həcc ziyarətinə dəfələrlə gedənlərin bunu reklama çevirməyi düzgün deyil”

GÜNDƏM 12 may 2022, 15:13
“Həcc ziyarətinə getmək hər bir müsəlmanın borcdur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev deyib. Millət vəkili vurğulayıb ki, bir dəfə getməklə müsəlmanlar bu borcu yerinə yetirmiş olur:

“Əslində hər il dalbadal gedənlərə pis baxmıram və bu günah da deyil. Amma öz yerinə başqasını göndərmək insanın özünün getməsindən daha böyük savabdır. Ona görə də, kiminsə ürəyi istəyirsə, bir neçə ildən sonra yenidən gedə bilər”.

Deputat hər il Həccə getməyi və bunu bir az reklama çevirməyi düzgün saymadığını bildirib:

“Çünki qəlbində Həcc arzusu olan bir çox insanlarımız var ki, mən onların göndərilməsinin tərəfdarıyam. Bu cür insanları sevindirmək böyük bir hadisə olar. Ona görə də, bütün pullu şəxslərə, Həccə bir neçə dəfə gedən şəxslərə üzümü tutub deyirəm ki, Allah Həcc ziyarətinizi qəbul etsin. Ancaq bir dəfə getmisinizsə, növbəti dəfə başqasını göndərin. Yaxud gedirsinizsə, özünüzlə 2-3 nəfəri də Həcc ziyarətinə aparın. Bax, bu, olar ən böyük savab, ən böyük yaxşılıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top