Poltava vilayətinə raket atıldı

GÜNDƏM 11 may 2022, 22:36
Rusiya Federasiyasının qoşunları Ukraynanın Poltava vilayətinə raket zərbəsi endirib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Poltava OVA-nın rəhbəri Dmitri Lunin  teleqramda bildirib .

"Düşmən təyyarəsindən Poltava vilayətində raket zərbəsi endirilib. Dağıntı və qurbanların təfərrüatlarını öyrənirik", - Lunin yazıb.

Qeyd edək ki, apreldə Rusiyanın doqquz raketi Poltava vilayətindəki Kremençuq neftayırma zavodunu məhv edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top