Deputat: “Azərbaycanın bugünkü inkişafı məhz uzaqgörən Heydər Əliyev siyasətinin əsasıdır”

GÜNDƏM 10 may 2022, 11:53
“Ulu Öndər Heydər Əliyev öz qətiyyəti, cəsarəti, müdrikliyi ilə ən çətin dövrlərdə Azərbaycan xalqının yanında olmuş və xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclsin deputatı Sədaqət Vəliyeva deyib. Deputat vurğulayıb ki, Azərbaycan xalqınının təkidli tələbi ilə Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində qısa müddət ərzində ölkəmiz üzərindən qara buludlar çəkildi:
 
“Bilirisiniz  ki, onun gəlişi ilə ölkədə böhran, hərc-mərclik aradan qalxdı, özbaşınalığa son qoyuldu və Azərbaycan tarixində yeni sürətli inkişaf mərhələsi başlandı. Ölkədə iqtisadi, siyasi, hüquqi, hərbi, sosial – ümumilikdə hər bir sahədə dərin və köklü islahatlar həyata keçirildi”.


 
Millət vəkili vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni, müasir Konstitusiyasının hazırlanması olmuşdur:

“Konstitusiyanın hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər kimi əksini tapdı. Əlbəttə Azərbaycanın bugünkü inkişafı, məhz müdrik, uzaqgörən Heydər Əliyev siyasətinin əsasıdır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyaları hər zaman cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqli şəkildə davam etdirilmişdir. Cənab Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin ona göstərdiyi etimadı və inamı doğrultmuş, Ata vəsiyyətini yerinə yetirmişdir”. 

“Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Xalqımız öz xilaskarı Heydər Əliyevi hər zaman dərin hörmət və ehtiramla yad edir. Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top