Bakıda taekvondo hakimləri üçün beynəlxalq seminar keçiriləcək

İDMAN 07 may 2022, 23:44
11-14 may tarixində Bakıda taekvondo idman növü üzrə hakimlər üçün beynəlxalq seminar keçiriləcək. 

Demokrat.az
xəbər verir ki, seminarda dünyanın müxtəlif ölkələrindən 120-dən çox ədalət təmsilçisi iştirak edəcək.    

Seminar həm yeni hakimlər, həm də beynəlxalq hakimlər üçün nəzərdə tutulub. Yeni hakimlər imtahan verəcək, beynəlxalq hakimlər isə ixtisasartırma üçün yeni mərhələdən keçəcəklər.

Tədbirə əsasən Avropa, Amerika, Asiya və Afrika ölkələrindən olan hakimlər qatılacaq.

Qeyd edək ki, Dünya Taekvondo Federasiyası tərəfindən düzənlənən tədbirə Azərbaycan Taekvondo Federasiyasının ev sahibliyi edir.

Zamiq
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top