Qoyun üstündə düşən mübahisə ölümlə bitdi

REGİON 07 may 2022, 22:22
Türkiyədə dəhşətli cinayət baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Çanakçı kəndinin muxtarının ərazisinə qoyun sürüsü girib.

Buna əsəbiləşən muxtarla sürünün çobanı arasında mübahisə düşüb.

Mübahisə zamanı çoban muxtarı və onun köməyinə gələn daha iki nəfəri vurub.

Xəstəxanaya yerləşdirilən muxtarın həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı çobanı və onun 5 dostunu həbs edib.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top