Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür

SOSİAL 06 may 2022, 17:10
“Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat Bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib. Həmçinin, parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və hiss də ərazidəki ağaclara ziyan verir”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Bu yaxınlarda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq.

Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top