Şolts Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı

GÜNDƏM 05 may 2022, 21:13
Almaniya kansleri əmin edib ki, ruslara qarşı sanksiyalar Ukraynaya uyğun şərtlər əsasında götürüləcək.

"Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvinə yalnız Ukrayna ilə məsləhətləşmələrdən sonra razılaşacaq. Moskva Kiyevlə Ukraynaya uyğun şərtlərlə razılaşmayana qədər məhdudiyyətlər götürülməyəcək"


Demokrat.az UNİAN-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib .

"Putin Ukrayna ilə razılığa gəlməli olacaq. Biz ancaq Ukrayna ilə razılaşmaya uyğun olaraq sanksiyalarımızı götürə biləcəyik və buna hazır olacağıq. Mən Kremldə çoxlarının bunu başa düşdüyünü düşünmürəm. Bu, Rusiya üçün dağıdıcıdır”, - Şolts bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top