Azərbaycanlı alim İranda edam ediləcək

REGİON 04 may 2022, 22:53
İranda İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam ediləcəyi tarix açıqlanıb.

2016-ci ildən İranda həbsdə olan Cəlali mayın 21-də edam olunacaq.  İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib.

Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir. 
Əhmədrza Cəlali 2016-cı ildə İranda akademik səfərdə olarkən həbs edilib və 2017-ci ildə barəsində ölüm hökmü çıxarılıb. /qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top