İntihar edən məktəblini xilas etmək istəyən şəxs məmur olub — FOTO

SOSİAL 04 may 2022, 17:30
Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan kişinin hansı xəsarətlər aldığı məlum olub. 

37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qızın həyatını xilas etmək istəyən Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində mühafizəçi işləyir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top