Mustafa Şentopla Sahibə Qafarova telefonla danışdılar

GÜNDƏM 03 may 2022, 23:28
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Şentop Azərbaycan xalqını və həmkarını Ramazan bayramı münasibətilə təbrik edib, bayramın İslam dünyasına və bütün bəşəriyyətə sağlamlıq, əmin-amanlıq, sülh və əmin-amanlıq gətirməsini arzulayıb.

Telefon danışığında ikitərəfli əlaqələr, regional və son siyasi hadisələr müzakirə edilib, qarşılıqlı bayram təbrikləri səsləndirilib.

Türkiyə və Azərbaycan parlamentləri rəhbərlərinin telefon danışığında regional hadisələrlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) may ayında Azərbaycanda keçiriləcək toplantısına da toxunublar.

Türkiyə mətbuatı Mustafa Şentopun daha 8 ölkənin parlament və senat başçıları ilə telefon danışığı apardığını, lakin ilk telefon danışığının Azərbaycan Milli Məclisinin sədri ilə baş tutduğunu vurğulayıb./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top