Türkiyə və Ermənistan nümayəndələri arasında görüş oldu

REGİON 03 may 2022, 17:36
"Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bu gün (3 may) Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş çərçivəsində tərəflər, səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb.

Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top