Mübariz Mənsimovdan diasporumuza ağır ittihamlar: “Yazıq AST Telmanı batırdılar” — VİDEO

GÜNDƏM 03 may 2022, 15:49
"Rusiyada yaşayan zənginlər azərbaycanlılar üçün nə ediblər? Deyirlər ki, diasporayıq. Diaspora olaraq, Rusiyada, Ukraynada və ya başqa ölkədə nə etmisiz? Ortaya bir şey çıxartsınlar ki, bunu etmişik. Orta sinif zənginlər dəstək üçün əlindən gələni edir, amma güclülərin nəyisə etdiklərini görmürəm".

Bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibəsində deyib.

M. Mənsimov həmçinin Telman İsmayılovdan da danışıb:

"Hər kəs Telmanın "batdığına" sevinir. Telman hara gedirdi azərbaycanca danışırdı, azərbaycanlılar üçün iş yerləri açırdı. Restoran açırdısa, adını Azərbaycan qoyurdu. Diaspora üçün nələrsə edirdi. O "batanda" o qədər sevindilər ki... Öz- özümə dedim, nə qədər yazığıq, içimizdən birini yox edirlər və biz buna sevinirik. Bu yazığı "batırmaq" üçün bir proyekt idi. Bir azərbaycanlı da ona sahib çıxmadı. Məni də elə bu üzdü".

Daha ətraflı videoda:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top