Universitetdən adı virtual seks qalmaqalında hallanan müəllimlə bağlı AÇIQLAMA

GÜNDƏM 03 may 2022, 15:39
"Bu gün sosial şəbəkələrdə, KİV-də Elşad Rəhimovla bağlı yayılan video ilə əlaqədar bildirmək istəyirik ki, hazırda həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən ciddi  araşdırılır, məsələ Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb, universitet rəhbərliyinin də diqqət mərkəzindədir". 

Demokrat.az xəbər verir ki, bu, Lənkəran Dövlət Universitetindən verilən açıqlamada qeyd olunub.

"Məlumat üçün bildiririk ki, Elşad Rəhimov Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisidir, LDU-da 0,5 ştat əvəzçiliklə müəllim işləyir.

Araşdırmaların nəticəsi məlum olduqdan sonra universitet həmin nəticələrə uyğun qərar verəcək və görülən tədbirlər barədə ictimaiyyətə əlavə  məlumat veriləcəkdir", deyə universitetdən bildirilib.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top