Deputat: "Yeni məktəblərdə keyfiyyətli təhsil mühiti üçün bütün işlər görülür"

GÜNDƏM 02 may 2022, 19:46
 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Milli Məclisin deputatı Etibar Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir.

Deputat vurğulayıb ki, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır:

“Cənab Prezident və Mehriban xanım Əliyevanın təhsilə, elmə, mədəniyyətə olan münasibətləri göz önündədir”. Dünyanın heç bir ölkəsində rast gəlməzsiniz ki, ölkə başçıları təhsil ilinin əvvəlində bir neçə məktəbin açılışında iştirak etsin. Biz İlham Əliyevin timsalında bunun şahidi oluruq. Cənab prezident məktəblərin inşasında geniş infrastruktur tələbini qoyur. Bu da məktəblərin funksionallığını artırır. Və onun məktəblərə gəlişi tarixi hadisə kimi qiymətləndirilir. Müəllim heyətinin üzərinə məsuliyyət qoyur. Regionlarda yeni inşa olunan məktəblər şəhər məktəblərindən fərqlənmirlər. Bu da keyfiyyətdə coğrafiya faktorunun aradan qaldırılmasına təkan verir. Bu gün yeni məktəblərdə keyfiyyətli təhsil mühiti üçün bütün işlər görülür. Bu da şagirdlərdə təhsilə motivasiyalar yaradır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top