Azərbaycanda qüvvədə qalan karantin qadağaları — SİYAHI

GÜNDƏM 01 may 2022, 11:36
Xəbər verdiyimiz kimi, bu gündə ölkə ərazisində maska tələbi ləğv edilib. Nazirlər Kabinetinin aprelin 22 qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.

Bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Maska tələbi ləğv edilsə də, Azərbaycanda bəzi karantin qadağaları hələ də qüvvədədir.

Qüvvədə qalan karantin qadağaları:

— Xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Yeni qərara əsasən, 1 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunur.

— Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri hələ açılmayıb. Hazırda vətəndaşlar ölkə ərazisini yalnız hava yolu ilə tərk edə bilir.

— 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin "COVID-19"-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki "COVID-19"-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud "COVID-19"-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.


Fevralın 15-dən "COVID-19" vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top