İlin ilk Günəş tutulması başladı

GÜNDƏM 30 apr 2022, 23:03
Bu gün ilin ilk Günəş tutulması başlayıb.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top