Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatı tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Sabirabad rayon Olimpiya İdman Kompleksində 2021-2022-ci tədris ilində orta məktəblərin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi idman oyununun regional zona birinciliyi keçirilib.
Demokrat.az xəbər verir ki, birincilikdə Şirvan şəhəri, Bərdə, Cəlilabad, Biləsuvar, Hacıqabul, Neftçala , Salyan , Beyləqan , İmişli , Saatlı və Cəbrayıl rayonlarının komandaları mübarizə aparmışdır.
Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən ezam olunmuş, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynovun müşayiət etdiyi və Salyan şəhər 8 saylı tam orta məktəbin hərbi rəhbəri Zamiq Əsgərovun rəhbərlik etdiyi Salyan komandası “Şahin” hərbi idman oyununun regional zona birinciliyində II yeri tutub.
1 şəhər və 10 rayon komandası arasında II yeri tutmuş Salyan komandası “Şahin” hərbi idman oyununun Respublika final mərhələsinə vəsiqə qazanıb.
Komandamızı təbrik edirik və “Şahin” hərbi idman oyununun Respublika final mərhələsində uğurlar arzulayırıq!

Məlik
Demokrat.az